22
January,
2016
Linoleum döşəmənin üstünlükləri
22 January, 2016
Linoleum 1800-cü illərdən etibarən istehsal edilir. İlk əvvələr kətan yağından istehsal edilmişdir. Adı da bruadan götürülmüşdür (linseed oil). Daha sonra isə başqa materiallardan istehsaı edilməyə başlanmışdır – tıxac ağacı tozu, ağac unu, digər rezin materiallar. Linoleum istehsalında yenilənə bilən materialalrdan istifadə olunur, bu baxımdan ekoloji faydalı məhsul hesab olunur.
Linoleum ilk istehsal zamanından etibarən aşağı büdcəli məhsul olaraq təqdim edilmişdir, bu missiyasını indi də davam etdirir. Linoleum yumşaq göründüyü qədər də möhkəmdir. Bu o deməkdir ki, məsələn mətbəx bıçağı, müxtəlif sərt əşyaların küncü və ya hündür dabanlı ayaqqabıların dabanları bu döşəməyə zərər vura bilməz. Daş, beton və digər sərt döşəmələrdə isə iz salacaq.
Linoleumun ən əsas üstün cəhəti davamlılığıdır. Keyfiyyətli linoleum 20, hətta 40 il ömür sürə bilər. Linoleum bu özəlliyinə həm də sərfəlidir. Digər üstün cəhəti baxımının rahatlığıdır. Mətbəx və hamam kimi yerlər üçün çox seçilir. Silinməsi çox rahatdır, müxtəlif ləkələri saxlamır, mebelləri hərəkət etdirərkən iz saxlamır, günəş şüasında daha az zərər görür.
Əgər büdcəniz məhduddursa, linoleum mükəmməl seçim olacaqdır.
© 2020 FloorEX - Avropa istehsalı olan keyfiyyətli döşəmə məhsulları