Sizin üçün uyğun əməkdaşlıq modeli Satış nöqtəsi, böyük həcmli sifariş və ya peşəkar layihələr üçün üç fərqli əməkdaşlıq formatı təklif edirik. Sizə uyğun variantı seçin və qısa sorğunu göndərin.
Diler kimi Showroom, tikinti materialları mağazası və ya satış nöqtəsi olan bizneslər üçün əməkdaşlıq modelidir. Müqavilə əsasında brendlərimizin ticarət avadanlığını məkanınızda quraşdırır, məhsulları təqdim edirik. Siz Floorex məhsullarını sataraq təxminən 20%-dək marja qazana bilərsiniz.
Bu variantı seçin →
Topdançı kimi Böyük partiyalarla döşəmə və tikinti materialları sifariş edən şirkətlər üçün nəzərdə tutulub. Təmsil etdiyimiz istehsalçıların məhsullarını stokunuz üçün əlverişli topdan qiymətlərlə sifariş edə bilərsiniz. Bəzi məhsullar ehtiyacınıza uyğun xüsusi sifarişlə də hazırlana bilər.
Bu variantı seçin →
Agent kimi Memarlar, dizaynerlər, inşaat və təmir mütəxəssisləri üçün rahat əməkdaşlıq formatıdır. Müştərilərinizi showroomumuza gətirə, məhsulları birlikdə seçə və layihələrdə Floorex həllərindən istifadə edə bilərsiniz. Agent kanalı ilə yaranan satış həcminə uyğun razılaşdırılmış marja əldə edirsiniz.
Bu variantı seçin →
Birlikdə böyüyək Sorğunuza baxdıqdan sonra komandamız sizinlə əlaqə saxlayacaq və uyğun əməkdaşlıq şərtlərini təqdim edəcək.
Floorex brendləri və peşəkar məhsul seçimi Showroom və satış üçün dəstək Layihələr üzrə fərdi yanaşma