Karyera
-
Satış Mütəxəssisi
2016-08-31
-
Əsas məlumatlar
"FloorEx" şirkəti sərgi salonu üçün "Satış Mütəxəssisi" vakansiyasını elan edir.
- İş qrafiki: Həftə ərzində 6 gün, saat 10:00-19:00
- Əmək haqqı: Sabit hissə + satışdan bonus
Vəzifələri
- Sərgi salonuna daxil olan müştəriləri xoş və güləriz qarşılamaq.
- Müştərilərin suallarını səbrlə ətraflı və dolğun cavablandırmaq.
- Müştərilərin şikayət və narazılıqlarına qarşı həssas yanaşmaq.
- Tədim etdiyi məhsul haqqında bilikli olmaq.
- Rəhbərliyin tapşırıq və əmrlərini vaxtında icra etmək.
- Daima öz üzərində işləyərək, bilik və bacarıqlarını təkminləşdirmək.
Tələblər
- Pərakəndə satış sahəsində 1 il iş təcrübəsi.
- Tikinti materilları satışında iş təcrübəsi üstünlükdür.
- Satış qabiliyyəti və ünsiyyət qurmaq bacarığı.
- Azərbaycan və Rus dillərini müştərinin bütün suallarını cavablandıracaq, məhsul haqqında ətraflı məlumat verə biləcək səviyyədə bilmək.
- MS Offfice proqramını yaxşı səviyyədə bilmək.
- 1C proqramını bilmək üstünlükdür.
-
Məhsul üzrə Menecer
2016-07-31
-
Əsas məlumatlar
"FloorEx" şirkəti baş ofis üçün "Məhsul üzrə Menecer" vakansiyasını elan edir.
- İş qrafiki: Həftə ərzində 5 gün, saat 10:00-19:00
- Əmək haqqı: Sabit hissə + bonus
Vəzifələri
- Şirkətin məhsul portfelinin ümumi idarə olunması.
- Xarici vendorlar ilə əlaqələrin qurulması və gündəlik yazışmalar.
- Məhsulun alışı və təqibi.
- Mütəmadi bazar araşdırmaları edərək, qiymətlərin aktuallığını təmin etmək.
- Rəhbərliyin ayrı-ayrı məhsullar üzrə təyin etdiyi marja həddlərini qorumaq.
- Məhsul haqqında təqdimatlar hazırlamaq və satış komandasına təqdim etmək
- Satış komandasının məhsulun xüsusiyyətləri və qiymətləri ilə bağlı sorğularını cavablandırmaq.
Tələblər
- Məhsul idarə edilməsi işində azı 1 il iş təcrübəsi. Tikinti materilları satışında iş təcrübəsi üstünlükdür.
- Məhsul logistikası işindən anlayışlı olmaq.
- Riyazi bilikləri yaxşı olmaq.
- İnglis, Rus və Türk dillərini xarici partnyorların bütün suallarını cavablandıracaq, sərbəst yazışmalar və danışıqlar aparacaq səviyyədə bilmək.
- MS Offfice proqramını, xüsusilə Excel və PowerPoint-i yaxşı səviyyədə bilmək.
- 1C proqramını bilmək üstünlükdür.
Əməkdaşımız ol